Meksika polisi ölkənin ən güclü narkokartellərindən birinin - "Los-Setas" qruplaşmasının ehtimal olunan liderini həbs edib.
AZƏRTAC xəbər verir ki, "Heraldo de Mexico" qəzetinin yaydığı məlumata görə, "Z43" və "El-Çarli" kimi tanınan Xose Mariya Gisar Valensiya fevralın 8-də federal polisin dəstəyi ilə hərbi dəniz qüvvələri idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Amerika əsilli Gisar Valensiya kokain və metamfetaminin ABŞ-a çatdırılmasına məsul olub. Həmçinin o, Qvatemaladan Meksikaya narkotik daşımalarına da rəhbərlik edib.
KİV-lərin məlumatına əsasən, 2014-cü ildə ABŞ hökuməti onun həbs olunmasına yardım edə biləcək məlumat üçün 5 milyon dollar həcmində mükafat vəd etmişdi.
Meksikanın daxili işlər naziri Alfonso Navarrete Prida keçirilən əməliyyata görə hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.png)






















.jpg)










.jpg)











