Ötən gün səhər saatlarında Qəbələ rayonunun Seyidqışlaq kəndində Qarabağ qazisi intihar edib.
1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlunun meyiti həyat yoldaşı tərəfindən yaşadığı evin həyətində tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar.
Seyidqışlaq kəndinin ərazi nümayəndəsi Vaqif Mehdiyevin "Ölkə.Az"-a verdiyi açıqlamaya görə, "Elman Qədirov 3-cü qrup Qarabağ əlili olub, özü rayonun Yaşıllaşdırma idarəsində işləyib. Yeyib-içən oğlan idi, amma son vaxtlar mədəsindən şikayət edirdi. Belə maddi problemi olmayıb, dövlət tərəfindən təmin olunmuşdu. Yəqin depresiyaya düşüb. Ailə üzvləri ilə də normal münasibətləri olub, 2 oğlan övladı var- biri Gəncədə tələbə, digəri isə hərbi xidmət idi".
Faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qarabağ əlilinin hansı səbəbdən intihar etməsi istintaq araşdırmalarının sonunda bəlli olacaq.olke.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






.png)






















.jpg)










.jpg)












