"Sədərək" Ticarət Mərkəzində taksilər üçün bu gündən etibarən 3 manat əlavə girişhaqqının tətbiq edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə axar.az-a "Sədərək" Ticarət Mərkəzinin baş mühasibi deyib. Onun sözlərinə görə, belə bir yenilik edilməyib:
"Edilməsi də müzakirə edilmir. Məlumat yalandır".
Mərkəzdə çalışan taksi sürücüləri isə bildirib ki, dünəndən etibarən TM-də çalışan bütün taksilər qeydiyyata alınıb. Yeni qərarla razılaşmayan sürücülərin mərkəzdə işləməsi qadağan edilib və taksi fəaliyyəti üçün avtomobillərinin üzərinə vurulan tanınma nişanı olan "şahmat hövhəsi" geri alınıb. Taksi sürücülərinin sözlərinə görə, əslində yeniliyin bu gündən etibarən tətbiq ediləcəyi deyilmişdi. Lakin hələlik heç bir taksi sürücüsündən giriş üçün əlavə 3 manat haqq tələb edilməyib. Sürücülər iddia edir ki, məsələnin ictimailəşməsindən sonra mərkəz rəhbərliyi qərarını ertələyib.
Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzində çalışan taksilərin bazara giriş qiymətinin 3 manata qaldırıldığı barədə ötən gün taksi sürücüləri məlumat vermişdi. Məlumatda bildirilirdi ki, bu məbləğdən əlavə giriş üçün rəsmi qaydada 50 qəpik ödənilməsi də qüvvəsində qalır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































