Bakıda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun barəsində çıxarılmış hökmdən prokruror apelyasiya protesti verib.
Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Növbəti proses fevralın 14-nə təyin edilib.
İttihama görə, Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifov Bakı şəhərində "Sədərək" ticarət mərkəzində mağaza açmaq adı ilə Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilən Kifayət Dostumalıyevanın barəsində həbs qətimkan tədbiri seçilsə də, oğlu Kənan Yusifov polisin nəzarətinə verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki şəxs barəsində bəraət hökmü çıxarıb. Hökmdən prokuror apelyasiya protesti verərək, onların həbs edilməsini istəyib.
Həmçinin zərərçəkmiş Rəna Verdiyeva apelyasiya şikayəti verib və dələduzluq yolu ilə ələ keçirilən pulunun geri qaytarılmasını istəyib.(teleqraf.com)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.png)






















.jpg)










.jpg)










