İranda 21 milyon toyuq məhv edilib

İranda 21 milyon toyuq məhv edilib

İranda "quş qripi"nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib.

Ə. Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə "quş qripi" virusu aşkarlanıb.

Bir çox ölkənin "quş qripi" ilə mübarizə apardığını deyən Ə.Rafipur qeyd edib ki, İranın 16 əyalətində "quş qripi" müşahidə edilib.

Məhv edilən toyuqların 73 faizinin yumurtalayan toyuqlar olduğunu açıqlayan Ə.Fariipur Qum, İsfahan və Yəzd əyalətlərində "quş qripi"nə yoluxma hallarının daha çox müşahidə olunduğunu vurğulayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az