İrqçilər məscidin üzərinə Hitlerin əksini həkk etdilər

İrqçilər məscidin üzərinə Hitlerin əksini həkk etdilər

Kanadanın paytaxtı Ottavada məscidin divarları üzərinə Adolf Hitlerin əksi və irqçi məzmunlu yazılar həkk edilib.

Mediainfo.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda yerli "CTVNews" nəşri xəbər yayıb. Hazırda polis şəhərin qərbindəki məscidə qarşı törədilmiş cinayəti araşdırır. "Cami Ömər" məscidinə polis çərşənbə axşamı səhər tezdən çağırılıb. Rəzil davranış bir il öncə Kvebek şəhərindəki məsciddə törədilmiş terror qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdən tam bir gün sonra həyata keçirilib. Həm Ottava, həm də Kvebekdə məscidin şəhid olmuş ziyarəçiləri şərəfinə xatirə mərasimləri təşkil edilib. Sonuncu hüzn mərasimində Kanadanın baş naziri Castin Trüdo və digər rəsmi şəxslər də iştirak edib.

Yerli hökumətlər məscidə terror hücumunun ildönümü ərəfəsində icra edilmiş növbəti vandalizm hərəkətlərini hiddətlə qınayıblar.

"Mən bizim Bell-Cornersdəki məsciddə irqçi posterlər görməkdən çox məyus oldum. Bu qəbul edilə bilməz və biz hamımız bunu qınayırıq ", -deyə Ottava şəhər şurasının üzvü Rik Kyarelli bildirib.

"Cəmiyyətimizdə dözümsüzlük və nifrət üçün yer yoxdur". Parlament üzvü Liza Mak Leod isə belə deyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az