Gülben Ərgən "Duymayan Kalmasın" adlı proqramda əleyhinə danışan və sujetlər təqdim edən Seren Serengil haqqında tədbir görülməsi barədə məhkəməyə müraciət edib.
"Qafqazinfo" xəbər verir ki, iddiaya görə, Seren 20, 23 və 24 oktyabr tarxinlərində məhkəmə qərarına rəğmən Ergen əleyhinə danışmağa davam edib. Ergen bu addımı atan aparıcını cəzalandırmaq qərarına gəlib. O, Serengilin zorla həbs edilməsini tələb edib.
Tələbi rədd edilən Ergen bu dəfə 11-ci Ailə Məhkəməsinə müraciət edib və istəyinə nail olub.11-ci Ailə Məhkəməsi 10-cu Ailə Məhkəməsinin qərarını ləğv edib və aparıcı barədə 3 günlük həbs qərarı verilib.
Seren Serengil "Hürriyet" qəzetinə mövzu ilə bağlı açıqlama verib: "Mən xəyanət məsələsi ilə bağlı danışmışam. O evli biri ilə görüşüb və həmin şəxsin xanımı Yasəminə dəstək olmuşam. Həbs onla bağlı verilib ki, məhkəmə prosesi zaman G. Ərgən barədə danışmaq olmaz. Mən isə bu qərardan sonra efirdə açıqlamalar vermişəm. Dedim ki, bu mövzuda danışacam, susmayacam. İndi 3 gün içəridə olacam".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































