İlluziya ustası Devid Kopperfild zorlama ittihamı ilə üz-üzə qalıb.
"Ölkə.Az" xəbər verir ki, keçmiş model Britni Lyuis 17 yaşı olanda Devid tərəfindən seksual zorakılığa məruz qaldığını açıqlayıb.
Britni Devid ilə 1988-ci ildə Yaponiyanın Atami şəhərində keçirilən "Look of the Year" müsabiqəsində tanış olub. Müsabiqədə jüri üzvü olan Kopperfild tədbirdən sonra gənc modeli Kaliforniyadakı tamaşasına dəvət edib. Utah şəhərində yaşayan qız anasından icazə alaraq tamaşaya gedib və illuziya ustasının qaldığı oteldə bir otaq tutub. Devid əvvəlcə qızı alış-verişə aparıb. Sonra isə tamaşadakı dostları ilə tanış edib və əlindən tutmağa çalışıb. 17 yaşlı Lyuis o dövrdə 32 yaşlı Devid ilə romantik bir münasibətə hazır olmadığını bildirib.
Tamaşadan sonra cütlük bara gedib. Kopperfild Britninin içkisinə nəsə atıb. Lyuisin iddiasına görə, sonra Kopperfild ona təcavüz edib.
Qeyd edək ki, sabiq gözəllik kraliçası Leysi Kerrol da 2007-ci ildə Devid Kopperfildi cinsi zorakılıqda günahlandırmışdı. FTB hadisəyə müdaxilə etsə də, məhkəmə prosesi sübut yetərsizliyinə görə bağlanmışdı.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































