Respublika daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 2 kiloqramdan artıq heroin, 8,5 kiloqramdan çox tiryək və 1,3 kiloqrama yaxın marixuana götürülüb.
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin götürülüb.
Biləsuvar rayon polis şöbəsi əməkdaşları Cəlilabad rayon sakini Nurid Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə baxış keçirib. Oradan əvvəllər məhkum olunmuş Zaur Məmmədova məxsus 8 kiloqram 520 qram tiryək aşkar edilib.
Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zərdabi kənd sakini Yadigar Əlizadədən 321 qram heroin, Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vurğun Abdulovdan 453 qram, Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Əliabad qəsəbə sakini Elgüc Ağaməmmədovdan 21,9 qram, yaşadığı evə baxış zamanı isə əlavə 435 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































