Paytaxtda fəaliyyət göstərən 67 nömrəli avtobusun sürücüsü qadın sərnişinin ona uzatdığı 1 və 5 qəpiklərdən ibarət gedişhaqqını yerə ataraq, ona sərt reaksiya göstərib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sürücünün fotosunu yayımlayan şəxs qeyd edib ki, sürücü "Bu nədir? Aptekdir? Bu nə pullardır verirsən?" deyərək qəzəblənib. Sürücü onun şəklini çəkən zaman isə deyib ki, get, kimə istəyirsən, şikayət elə.
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev qeyd edib ki, sürücü ilə bağlı müvafiq tədbir görülür:
"Məlum olduğu kimi, Azərbaycan Respublikasının hüdudları çərçivəsində istənilən məhsul alışı zamanı və xidmətin müqabilində ödənişlər milli valyutamızla aparılır. Hər birimizin də borcudur ki, qanunun bu tələbinə əməl edək. Eyni zamanda hər birimizin borcudur ki, nominalından asılı olmayaraq, milli valyutamıza qarşı hörmətlə yanaşaq. Bu sürücünün etdikləri birmənalı olaraq milli pul vahidinə qarşı hörmətsizlikdir. Həmin xətt üzrə daşıyıcı da BNA-ya çağırılıb. İddia edildiyi kimi, sürücü bu cür tərbiyəsizliyə yol veribsə, mütləq daşıyıcı onunla bağlı lazımı tədbiri görəcək. Bununla yanaşı, bu faktı sosial şəbəkədə müzakirəyə çıxaranlara da təşəkkür edirik. Çünki məhz ictimai qınaq bu cür hallarla mübarizədə daha səmərəli olur".Axar.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































