Tanınmış jurnalist, ATV kanalının aparıcısı Aytən Səfərova dələduzluqla məşğul olan şəxsin tutulması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
O, sosial şəbəkədə dələduzun görüntülərini paylaşaraq, onun vətəndaşları müxtəlif yollarla aldatdığını qeyd edib:
"Bu video-yazıda olan şəxs günün günorta çağı müxtəlif obyekt sahiblərinə yaxınlaşır. Onlardan hansınınsa qohumunun adını verərək, söhbət əsnasında hipnozdan istifadə edib, müxtəlif məbləğdə pul alır. Pul müqabilində ucuz mal verəcək adı ilə müxtəlif istiqamətlərə maşını sürdürür və istədiyi əraziyə çatdıqda uzaqlaşır, geri qayıtmır. Əvvəl zənglərə cavab verir, sonra, ümumiyyətlə, telefonu açmır. Sonda isə telefonu söndürür. Verdiyi nömrə isə çox maraqlıdır ki, heç kimin adında qeydiyyatda deyil. Nömrəsi budur: 070 555 65 59".
Kult.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































