Son zamanlar Avropada qida sektorunda ciddi böhranlar yaşanmaqdadır.
Avropada bir neçə ölkədə zəhərli yumurta və uşaq yeməkləri, həmçinin qlifosat maddəsinin istifadə edilməsi aşkarlandıqdan sonra qidaların təhlükəsizliyi məsələsi ciddi müzakirə edilməyə başlayıb.
Məsələ ilə bağlı danışan Avropa Qida Təhlükəsizliyi Təşkilatının direktoru Bernard Url insanlara təbii məhsullar yeməyi tövsiyyə edib:
"Təbii qidalar keyfiyyətli seçimdir. Bu, sadəcə təhlükəsizlik məsələsində deyil, istehsal şəraiti ilə də bağlıdır. Bu səbəbdən mən də orqanik qidalara üstünlük verirəm".
B.Url sözlərinə əlavə edərək avropalı istehlakçıları qidaların təhlükəsiz olduğuna əmin etməyə çalışıb:
"Avropa Komissiyası və ərzaq istehsalçıları təhlükəsizliyə böyük önəm verirlər. Sıfır risk deyə bir şey yoxdur. Ətraf təsirlər səbəbindən bəzən problemlər çıxır. Önəmli olan həmin zərərli ərzaqları sürətli şəkildə müəyyənləşdirmək və geri toplamaqdır. Avropada bu sistem olduqca güclü şəkildə işləyir".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































