Ermənilər Rusiyada deputatı güllələyiblər.
"Report" "Rusarminfo"ya istinadən xəbər verir ki, hadisə Başqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib.
Məlumata görə, erməni icmasının təmsilçiləri Şəhər Sovetinin deputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputat müxtəlif dərəcədə bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən güllə yarası da alıb.
İ.Şamsiyarov yerli "MediaKorSet" saytına hadisənin necə baş verdiyini açıqlayıb: "Onlar bizim traktoru xarab etmişdilər. Məsələyə aydınlıq gətirmək üçün mexaniklə birlikdə onların ofisinə getdik. Elə içəri girən kimi mənim başıma tapançanı dirədilər, mexaniki də avtomat silahın qundağı ilə vurdular. Məni əlimdən güllələdilər. Sonra bizi döyməyə başladılar. Yaxşı ki, pnevmatik tapança idi".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































