Dünyanın ən populyar messenceri olan WhatsApp-da istifadəçilərə "ödəniş" mesajları gəlməyə başlayıb.
Milli.Az bildirir ki, mesajda yazılıb: "Sizin WhatsApp-dan istifadə müddətiniz başa çatıb. Akkauntunuzu aktivləşdirmək və sonsuz abunəlik əldə etmək istəyirsinizsə, 1 dollar ödəməlisiniz. Ödəniş üçün bu linkə keçin".
Keçid linkində isə saxtakarların yaratdıqları, bank kartları vasitəsilə 1 dollar məbləğində ödənişin tələb olunduğu sayt var.
Dünən bu mesajı almış WhatsApp istifadəçiləri təəccübləniblər. Onların arasında ödəniş edənlər də olub.

1 milyarddan çox istifadəçisi olan WhatsApp xüsusi açıqlama yayaraq bu mesajın saxtakarlıq olduğunu, messecerdən istifadə üçün hər hansı "abunə haqqı"nın mövcud olmadığını bəyan edib.
Mütəxəssislər isə saxtakarların mesajı alınan kimi həmin mesajı silməyi və mobil telefonda antivirus proqramını işə salmağı məsləhət bilirlər.
Bundan başqa, mesajda göstərilmiş linkə keçid mobil telefonu virusa yoluxdura bilər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































