Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Binə qəsəbəsində baş vermiş avtoqəza zamanı motosiklet sərnişin avtobusu ilə toqquşub.
Məlumata görə, 2001-ci il təvəllüdlü Rauf Heybətovun idarə etdiyi motosikletdə bir sərnişin də olub. Binə qəsəbəsinə gedən yolda motosikletin 160 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində onun sürücüsü R.Heybətov hadisə yerində dünyasını dəyişib, onun sərnişini - 2001-ci il təvəllüdlü Qurbanov Rövşən Vahid oğlu isə xəsarətlə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün meyitini çıxarmaq üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.mYol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.apa
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.png)






















.jpg)










.jpg)










