Kosovonun şimalında serb siyasətçi Oliver Ivanovic güllələnərək öldürülüb. Bu haqda Azadlıq Radiosuna (RFR/RL) Ivanovic-in vəkili məlumat verib.Etnik serb olan Ivanovic ölkənin şimalındakı Mitrovitsa şəhərinin serblərin üstünlük təşkil elədiyi şimal hissəsində ofisinin qarşısında öldürülüb.
Vəkili Nebojsa Vlajic Azadlıq Radiosunun Balkan xidmətinə deyib ki, siyasətçi yanvarın 16-da güllələnərək qətlə yetirilib.
Ivanovic Azadlıq, Demokratiya və Ədalət (SDP) adlı vətəndaş təşəbbüsünün prezidenti idi. 2017-ci ildə Kosovoda yerli seçkilərə bu təşəbbüsdən namizədlər qatılmışdı.
Ivanovic 2008-2012-ci illərdə Serbiya hökumətinin üzvü olub. Kosovonun 2008-ci ildə müstəqillik elan etməsinə baxmayaraq, Serbiyanın Kosovo və Metohiya üzrə Nazirliyinin dövlət katibi kimi çalışıb.
O, həmçinin 2009-cu ilədək Serbiya Sosial Demokratik Partiyasının Kosovodakı lideri olub, sonradan SDP-yə prezidentliyə başlayıb.
1998-1999-cu il Kosovo müharibəsindən öncə, Kosovo Serbiyada muxtar vilayət ikən, Ivanovic Mitrovitsada Trepka şaxtasının meneceri idi.
Kosovo məhkəməsi Ivanovici 1998-1999-cu il müharibəsi zamanı hərbi cinayətlər törətməkdə təqsirli bilmişdi. Amma sonradan hökm ləğv olundu və təkrar məhkəmə gedirdi.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































