Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qərara əsasən, Ə.İnsanovun şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb.
Əli İnsanov özü məhkəməyə müraciət edərək prosesdə iştirak etməkdən imtina etdiyini bildirib.
Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.
O, qanunsuz narkotik daşımada, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilib.
Ə.İnsanov bundan əvvəl isə 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.png)






















.jpg)










.jpg)










