Ukraynada bahalı maşınlarda gəzərək, yol hərəkəti qaydalarını pozan, qəzalar törədən 26 yaşlı azərbaycanlı Elnarə Əbiyeva yerli medianın haqqında ən çox danışılan personajına çevrilib.
Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, sonuncu dəfə Lvov şəhərində tramvay yollarında avtomobil sürdüyü üçün polis tərəfindən saxlanılan Əbiyeva hadisə zamanı narkotik maddənin təsiri altında olub. Polislərin tələbinə məhəl qoymayaraq, avtomobili asayiş keşikçiləinin üzərinə sürən Əbiyeva onların xəsarət almasına səbəb olub.
Daha sonra qara rəngli "Peugeot" avtomobili ilə ərazini tərk edən azərbaycanlı avtoxuliqan hələ də həbs olunmayıb. Sosial şəbəkələrdəki şəxsi profillərində isə Elnarə Əbiyeva kiçik qızı ilə Bakıdakı istirahətindən fotolar paylaşır. Hadisə ilə bağlı isə "mənim polislərə yazığım gəlmir. Mən ulduzam və ürəyimdə bir okean sevgi var" –deyə şərh yazıb.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.png)






















.jpg)










.jpg)










