Goranboy rayonunda intihar hadisəsi baş verib

Goranboy rayonunda intihar hadisəsi baş verib

Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb. Trend-in məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Alıyev Arif İmanqulu oğlu rayonun Səməd Vurğun küçəsində yaşayan qardaşının evinə qonaq gəlib. O, həmin evin həyətindəki damda özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az