Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ata və qızını öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin məhkəməsi keçirilib.
Hakim Samir Əliyevin icraatında olan prosesdə S.Hacıyev elan edilən ittihama münasibət bildirib. O, özünü günahkar bildiyini deyib: "Samirəmi qısqanclığa görə öldürdüm, peşmanam. Atası da onunla münasibətimi bilirdi. Samirəni öldürəndə atası da ordaydı deyə onu da vurdum. Getməmişdən əvvəl belə niyyətim yox idi".
Mərhum Samirə Əsədovanın qardaşı Xalid Əsədov ifadə verərək atasının bu evliliyə razı olmadığını deyib: "Samirə 2016-cı ildə ərə getmək istədiyini dedi, mən razılaşdım. Amma atam icazə vermədi, Sahibi də bir neçə dəfə döyüb evdən qovmuşdu".
S.Hacıyev qeyri-rəsmi nikah münasibətində olduğu, Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Samirə Əsədova və onun atası 1953-cü il təvəllüdlü Allahevrdi Əsədovu bıçaqlayaraq qətlə yetirib.(Qafqazinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































