Samara Vilayət Məhkəməsi Samara Rayon Məhkəməsinin qanuni oğru Nadir Səlifovun (Lotu Quli) həbsi ilə bağlı qərarını qüvvədə saxlayıb.
Bu barədə informasiyanı "Volqanyus" saytı yayıb.
Sayt qanuni oğrunun insan oğurluğunda şübhəli bilindiyini qeyd edib. Belə ki, o, Tolyatti şəhərində 2015-ci ildə iş adamı Kamal Quliyevin oğurlanmasında ittiham edilib. İddiaya görə, Səlifovun adamları Quliyevi qaçırdıqdan sonra onun yaxınlarından 10 milyon avro tələb ediblər. Quliyev sonradan Qulinin tərəfdaşlarından olan Maqsud Qurbanovun köməkliyi ilə saxlanıldığı yerdən qaça bilib. Bundan sonra Qurbanov əvvəllər törətdiyi cinayətə görə həbs edilib, lakin o çəkəcəyi cəzanı azaltmaqdan ötrü hüquq mühafizə orqanları ilə əməkdaşlığa gedərək Quli əleyhinə ifadə verib.
Qeyd edək ki, bundan öncə Moskvanın Presnenski məhkəməsi də Qulini insan oğurluğunda ittiham edərək qiyabi həbs etmişdi. O, beynəlxalq axtarışa verilmişdi.Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































