Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib.
Mediainfo.az ARB TV-yə istinadən xəbər verir ki, bu barədə ev sahibi Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat verib.
Şikayətçi evdə olmadığı müddətdə naməlum şəraitdə onun mənzilindən 5320 manatının və 3375 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Hüseynova Nigar Eldar qızı tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Onun evində aparılan axtarış-götürmə tədbiri zamanı zərərçəkənin evindən oğurladığı 2 ədəd qızıl üzük aşkar edilərək istintaq materiallarına əlavə edilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Yasamal rayonunda daha bir mənzildən oğurluq etdiyi məlum olub. Hazırda həmin oğurluq əməlinə görə də N.Hüseynova barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































