Həbsdə olan müğənni Fədayə Laçınla bağlı yanvar ayının sonunda yenidən məhkəməyə müraciət olunacaq.
Bu barədə müğənninin vəkili Türkəl Süleymanlı Yenicag.az-a açıqlamasında bildirib:
"İstəyimiz də budur ki, onunla bağlı həbs qətiimkan tədbiri ləğv olunsun və onun həbsi ev dustaqlığı ilə əvəzlənsin. Çünki səhhətində problemlər var. Həm də o heç də istintaq orqanlarından yayınmayıb, gizlənmir, Bakıda yaşayır. Buna görə də onun türmədə saxlanmasına zərurət yoxdur. Fədayə Laçın bir telefon zəngiylə durub polisə gedib. Onun üçün axtarış elan olunmayıb. Qaçıb gizlənməyib ki, indi də türmədə saxlansın".
Vəkil sənətçinin Yeni ildə ailə üzvləri ilə görüşmədiyini də bildirib:
"Fədayə xanım mənə "ailəmlə görüşmək istəyirəm", deyə müraciət etməyib. Olubsa da yəqin bunu ürəyində saxlayıb".
Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































