Müğənnilər Sevil-Sevinc Səfərovalar Yasamal Rayon Polis İdarəsinə çağırılıb.
Mediainfo.az"Ölkə.Az"-a istinadən xəbər verir ki, bir neçə gün öncə rayon ərazisində oğurluq faktı qeydə alınıb. Altı min manat civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılıb. İddia olunur ki, həmin şəxs ilkin ifadəsində oğurladığı məbləğin böyük qismin pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini bildirib. Müğənni bacılar şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediliblər.
Əməkdaşımız məsələylə bağlı Sevil-Sevinc bacılarının prodüserləri ilə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən prodüser xanım bildirib ki, bu gün sənətçilərin atalarının ildönümü olduğu üçün danışmaq imkanına malik deyillər. Əvəzində özü bunları deyib:
"Onlar qorxaq uşaqlardırlar. Əgər belə bir şey olsaydı, mütləq mənə deyərdilər. Çünki mənsiz heç yerə getmirlər. Mən bu məsələdən xəbərsizəmsə, deməli, belə bir şey olmayıb".
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































