Dünən 10 sutka inzibati həbslə cəzalandırılan keçmiş müdafiə naziri Rəhim Qazıyevin nədə ittiham edildiyi bəlli olub.
Onun vəkili Zibeydə Sadıqova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, R.Qazıyevlə bu gün görüşüb:
"O, dekabrın 25-i saat 16 radələrində Nərimanov metrostansiyasının çıxışındakı parkda olarkən saxlanılıb. Rəhim Qazıyev oradan 17-ci Polis Bölməsinə gətirilib. Səhərə qədər onunla normal söhbət ediblər, tarixi hadisələrdən danışıblar. Heç biri fiziki təzyiq olmayıb, narahatlıq yaradacaq bir hərəkət baş verməyib. Dekabrın 26-sı saat 10 radələrində Nərimanov rayon Məhkəməsinə gətirilərək İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. R.Qazıyev küçədə telefonla danışaraq ucadan söyüş söyməkdə təqsirləndirilib. Məhkəmənin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib".
Z.Sadıqova bildirib ki, bu gün qərardan apellyasiya şikayəti verəcəklər.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































