Avstriyada Rusiya hüquq-mühafizə orqanlarının xahişi ilə rusiyalı bankir Ruslan Barkovski saxlanılıb.
"Report" "Rosbalt"a istinadən xəbər verir ki, R.Barkovski əvvəllər Zaur Balayev kimi tanınıb və o, özü adını dəyişib.
Üstəlik, onun başqa soyadlarda da pasportları olub. Barkovskinin azı 4 ölkənin – Azərbaycan, İspaniya, Rusiya və Ukraynanın pasportlarna malik olduğu müəyyənləşdirilib. Rusiyalı səlahiyyətlilər bir neçə ildir R.Barkovskini iki nəfərin oğurlanması və fırıldaqçılığa görə axtarırdı.
"Rosbalt" qeyd edib ki, saxlanılan şəxs bir neçə yüz milyard rubl məbləğində vəsaitin "yuyulması" və "nağdlaşdırılması" ilə məşğul olub, bir sıra fırıldaqçılıq, adam qaçırma, qəsb və qətl hadisələrində iştirak edib.
R.Barkovski Çeçenistan başçısının Ukraynadakı keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Tsitsulayev ilə əlbir olaraq adam qaçırmaqda şübhəli bilinir. İstintaqın versiyasına görə, Barkovski məhz Tsitsulayevin mühafizəçiləri ilə birlikdə iş adamı Əli Zakriyevi qaçırıb və 100 milyon rubl tələb etməklə onu bir neçə gün mənzildə saxlayıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































