Rusiyanın Ural regionunda yenidən bazar müharibələri başlaya bilər. Regionun ən böyük şəhərlərindən olan Çelyabinskdə nəinki bazarlar, küçə ticarəti belə azərbaycanlı, "Zaxar" ləqəbli avtoritet tərəfindən nəzarətə götürülür. Əslində "Zaxar" onun ləqəbidir. 1979-cu il təvəllüdlü Ziraddin Firəddin oğlu Vəliyev artıq neçə vaxtdır ki, bir qədər əvvəl həbsdən azad edilmiş Lotu Qulinin regionda "smotryayuşisi"nə çevrilib. Bundan başqa Zirəddinin yerli meriya ilə də sıcaq əlaqələrinin olduğu deyilir
Hazırda Zirəddin və dəstəsi nəinki Çelyabinsk, habelə Yekaterinburq və Permdə də əksər bazarlara nəzarəti ələ alıblar.
Amma bazar və küçə ticarətinə tam nəzarət onlara asan başa gəlməyəcək. Söhbət ondan gedir ki, hazırda həbsdə olan və Rusiyanın bir nömrəli kriminal avtoriteti sayılan "Şakro Molodoy" (Zaxari Kalaşov) da geri çəkilmək niyyətində deyil.
Bundan başqa regionda yerli rus kriminal avtoritetlərin də bu bölgüylə razılaşmayacağı deyilir.Lent.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































