2017-ci ilin əvvəlindən etibarən dünyanın 28 ölkəsində ümumilikdə 97 jurnalist ölüb.
Bu məlumat "Press Emblem Campaign" (PEC) qeyri-hökumət təşkilatının Cenevrədə nəşr olunan illik hesabatında verilib.
PEC dünya ictimaiyyətini münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün səmərəli tədbirlər görməyə çağırıb.
Qeyd olunub ki, bu il ölən jurnalistərin sayı keçən illə (144) müqayisədə azdır. Təşkilat 2008-ci ildən bu yana ilk dəfə olaraq jurnalist ölümlərinin sayının 100-dən az olduğunu vurğulayıb. Məlumata görə, son 10 ildə ölən jurnalistlərin ümumi sayı 1197 nəfərə çatıb.
KİV işçiləri üçün ən təhlükəli ölkələr sırasında Təşkilat birinci sıraya Meksikanı qoyub. Belə ki, bu ilin yanvar ayından etibarən bu ölkədə 14 mətbuat işçisi ölüb. İlk beşlikdə həmçinin İraq (9), Əfqanıstan (8), Hindistan (8) və Pakistan (8) yer alıb. Bu beş ölkəyə jurnalist ölümlərinin, təxminən, yarısı (47) düşür. Siyahıda sonrakı yerləri Filippin (6), Suriya (6), Somali (5) və Honduras (4) tutub. Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























