Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar. Mediainfo.az Lent.az-a istinadən xəbər verir ki, 2 nəfər naməlum şəxs Bakı Beynəlxalq Avtovağzalında Gəncə sakini Mahir Məmmədovun sürdüyü "Mercedes"ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu, gözlərini və ayaqlarını bağlayıblar. Sürücünün pullarını da əlindən alan naməlum şəxslər M.Məmmədovu İsmayıllı rayonunun Bizlan kəndində meşəliyə ataraq qaçıblar. Bir müddət sonra M.Məmmədovun "Mercedes"i Ağsunun Nüydü kəndində aşkarlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Ülvi Xəlilov və Ümid Əliyev tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.png)






















.jpg)










.jpg)










