Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verib. "AzPolitika"ya daxil olan məlumata görə, bu dəfə sabiq nazir oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı sorğu-sual edilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.
"Azadlıq" isə məlumat verib ki, artıq Akif Çovdarov da Eldar Mahmudovun əleyhinə ifadə verməyə başlayıb. Belə ki, Eldar Mahmudov oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülən 1 milyard dollarla bağlı dindirilərkən, bu əməliyyatların şəffaf olduğunu və razılaşdırıldığını bildirib. Amma bu günkü istintaq prosesində yenilik üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən, bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























