
Rusiyanın "Zvezda" telekanalında Qüds mövzusunda keçirilən tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli ekspert Sarkis Çaturyan arasında dava düşüb.
Mübahisə erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı sərt, neqativ fikirlərindən sonra başlayıb.
Jurnalist Fuad Abbasov yerindən qalxaraq ekspert kürsüsündə əyləşən Sarkis Çaturyana "mən Türkiyənin Suriya məsələsindəki rolunu kiçildən, türklərə fobiyası olan erməni və Suriya əsilli ekspertləri sakitləşdirmək istəyirəm" deyib.
Bu zaman mübahisə qızışıb, Abbasovla Çaturyan arasında dava olub. Bundan sonra olaya aparıcılar müdaxilə edib. Çaturyan azərbaycanlı jurnalisti hədələyib: "Problem istəyirsənsə, olacaq. Dilinə sahib ol".
"Məni burada təhqir edirlər. Sakit dura bilmərəm", – deyə Fuad Abbasov bildirib.
Azvision.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























