Ermənistanın Milli Təhlükəsizlik Xidməti əsas məqsədi ölkə ərazisində terror aktlarının hazırlanması və həyata keçirilməsi olan cinayətkar şəbəkənin üstünü açıb. Bu barədə "Ermənistan Xəbərləri" portalı yazıb.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində milliyətcə erməni olan ABŞ vətəndaşının "Facebook" sosial şəbəkəsində səhifə açdığı və orada "Ədalət döyüşçüləri" qrupu, qrupun strategiyası, tərkibi, təhlükəsizlik və məxfilik qaydaları haqqında material dərc etdiyi müəyyənləşdirilib. Elə həmin səhifənin vasitəsilə hüquq mühafizə orqanlarının əməkdaşları və Ermənistan rəsmilərinə qarşı birbaşa zorakılığa çağırışlar yayılıb.
İlkin məlumatlara görə, saxlanılan şəxs Ermənistanda vəziyyəti qarışdırmaq, əhalinin qorxutmaq, qorxu mühiti formalaşdırmaq, dövlət orqanlarına təsir, hökumət nümayəndələrini qətlə yetirmək və ya onlara ağır bədən xəsarətləru vurmaq, eləcə də bu cinayətləri törədəcək insanları toplamaq məqsədi ilə cinayətkar qruplaşma yaratmağa cəhd edib. O, özü də bu işə təkcə Ermənistanda yaşayanları yox, həm də ondan kənarda yaşayan erməniləri cəlb etməyə çalışıb. Bundan əlavə, saxlanılan şəxs həmçinin məsləhətləri, göstərişləri və maliyyə vəsaitləri ilə əlbir olduğu şəxslərlə birgə Ermənistan ərazisində terror aktları hazırlayıb.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.png)






















.jpg)










.jpg)










