"Hesablamalarımız göstərir ki, həbsxanada "intihar" edən növbəti şəxs, yüksək ehtimalla, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev olacaq…"
Belə sensasiyalı proqnozla MTN-in sabiq əməkdaşı, hazırda ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu çıxış edib. O, özünün "Tvitter"dəki hesabında bu barədə yazıb.
Politoloq bir başqa "tvit"ində isə Hacı Məmmədovun intiharını şübhə altına alıb. Sitat: "Elçin Quliyevin ifadəsilə Eldar Mahmudovun istintaqa cəlb olunması, onun barəsində ən ciddi ifadə verə biləcək Hacı Məmmədovun "intiharı" ilə nəticələndi. İllər boyu qurulmuş şəbəkə saat kimi işləyir. İfadə verməyə başlayan İlqar Əliyevin (MTN Antiterror Mərkəzinin sabiq rəis müavini-red.) və indi də Hacı Məmmədovun "intiharı" buna sübutdur".
Ə.Oruclu bu "tvit"lərlə, açıq şəkildə ona eyham vurur ki, Eldar Mahmudovun əleyhinə ifadə vermək istəyən və ya verəcəyi ehtimal olunan şəxslər aradan götürülür…azpolitika
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.png)






















.jpg)










.jpg)










