Bəylərovun idarə etdiyi avtomaşının iştirakı ilə ağır yol qəzası baş verib.
1 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev bildirib ki, faktla bağlı DİN-in rəsmi saytında məlumat yerləşdirilib.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 10-da, 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi "KİA" və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə səbəb olan "Toyota Land Kruiser" markalı avtomobilin sürücüsü, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbə müdiri Zaur Bəylərov bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin müavini olmuş Vidadi Bəylərovun qardaşıdır. Maraqlıdır ki, Tərtər RİH müavini olmuş V.Bəylərov vəzifəsindən məhz ölümlə nəticələnən qəzaya görə azad edilmişdi. Belə ki, V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu. Oğlunun törətdiyi dəhşətli qəzaya görə atası, Tərtər RİH müavini V.Bəylərov işindən azad edilmişdi. Məlumat üçün bildirək ki, Z.Bəylərovun qəzanı içkili halda törətdiyi barədə iddialar da yayılıb. Bildirilir ki, Z.Bəylərov sərxoş halda avtomobili idarə edib və qəza da məhz bu səbəbdən baş verib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, mətbuatdan zəng etdiyimizi və sualımızın qəza ilə bağlı olduğunu biləndə Z.Bəylərov telefonu söndürdü. Bərdə Rayon İcra Hakimiyyətindən də heç kəs açıqlama vermək istəmədi. Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























