Husilər tərəf dəyişdirərək Səudiyyə Ərəbistanı ilə anlaşmağa çalışan devrilmiş lider Əli Abdullah Salehin paytaxt Səna şəhərində yerləşən evini partladıb. Bu barədə "Röyter" informasiya yayıb. İranın "Tasnim" agentliyi isə eks-prezidentin Marib şəhərinə qaçmağa çalışarkən husilər tərəfindən öldürüldüyünü bildirib.
Qeyd edək ki, Əli Abdullah Saleh tərəfdarları 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayandan bu günə qədər husilərin tərəfində vuruşub. Son dövrlərə qədər Saleh husilərlə sıx əlaqədə olub. Lakin bir müddət öncə onlar arasında kiçik toqquşmalar başlamışdı.
Saleh artıq paytaxt Sənadakı bir sıra mühüm strateji obyektləri nəzarəti altına salmağı bacarmış, həmçinin Yəmən xalqını husilərə qarşı savaşa çağırmışdı.Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























