Bakıda məşhur generalın vəziyyəti pisləşdi - Xəstəxanaya gətirildi

Bakıda məşhur generalın vəziyyəti pisləşdi - Xəstəxanaya gətirildi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun səhhətində ciddi problem yaranıb.

Sabiq rəis Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. O, xəstəxanaya gələrkən oğlu Ruslan Çovdarov yanında olub. A.Çovdarovun onurğa sütununda problem yarandığı bildirilir.

Qeyd edək ki, 2015-ci ildə 12 il müddətinə həbs olunan Akif Çovdarov Prezident İlham Əliyevin 2020-ci il aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az