UEFA Millətlər Liqasında III tura yekun vurulub.
Sonuncu oyun günündə 4 liqada 9 qarşılaşma baş tutub.
Günün ən maraqla gözlənilən matçı A Liqasının 1-ci qrupunda keçirilib. Hollandiya doğma meydanda Almaniya ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan milli komandasının yer aldığı D Liqasında 4 görüş təşkil olunub.
1-ci qrupda Gürcüstan Andorranı məğlub edib, Latviya isə Qazaxıstanla heç-heçə oynayıb.
Ermənistanın "cırtdan" Cəbəllütariqə məğlub olması gecənin əsas hadisəsi sayıla bilər. Cəbəllütariq millisi ilk rəsmi qələbəsini səfərdə qazanıb.
13 oktyabr
Millətlər Liqası, III tur
A Liqası
1-ci qrup
Hollandiya - Almaniya - 3:0
Qollar: Vircil van Deyk, 30. Memfis Depay, 87. Jorjinyo Veynaldum, 90+3
Xal durumu: Fransa - 4 xal (2 oyuna), Hollandiya - 3 (2), Almaniya - 1 (2)
B Liqası
I qrup
17:00.
Slovakiya - Çexiya - 1:2
Qollar: Marek Hamşik, 62 - Mixail Krmençik, 52, Patrik Şik, 76
Xal durumu: Ukrayna - 6 xal (2 oyuna), Çexiya - 3 (2), Slovakiya - 0 (2)
4-cü qrup
İrlandiya - Danimarka - 0:0
Xal durumu: Danimarka - 4 xal (2 oyuna), Uels - 3 (2), İrlandiya - 1 (2)
C Liqası
3-cü qrup
Norveç - Sloveniya - 1:0
Qol: Ole Selnaes, 45+5
Bolqarıstan - Kipr - 2:1
Qollar: Kiril Despodov, 59. Todor Nedelyev, 68 - Qriqoris Kastanos, 41
Xal durumu: Bolqarıstan - 9 xal (3 oyun), Norveç - 6 (3), Kipr - 3 (3), Sloveniya - 0 (3).
D Liqası
1-ci qrup
Gürcüstan - Andorra - 3:0
Qollar: Valeri Kazaişvili, 33; 84. Caba Kankava, 90+5
Latviya - Qazaxıstan - 1:1
Qollar: Artur Karasauskas, 40 - Baxtiyor Zaynutdinov, 16
Xal durumu: Gürcüstan - 9 xal (3 oyuna), Andorra - 2 (3), Latviya - 2 (3), Qazaxıstan - 2 (3)
IV qrup
Ermənistan - Cəbəllütariq - 0:1
Qol: Jozef Çipolina, 50 (pen.)
Makedoniya - Lixtenşteyn - 4:1
Qollar: Aleksandar Traykovski, 10, 30, Qoran Pandev, 36, Eqziyan Alioski, 67 - Seyhan Yıldız, 37
Xal durumu: Makedoniya - 9 xal (3 oyun), Ermənistan - 3 (3), Lixtenşteyn - 3 (3), Cəbəllütariq - 3 (3).
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



































.jpg)













