UFC üzrə Las-Veqasda Nurməhəmmədovla keçirilən görüşdə qarşı tərəfi təxribata çəkdiyi üçün irlandiyalı idmançı Konnor Makqreqor cəzalandırılacaq.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə ESPN nəşrinə verdiyi müsahibəsində Nevada ştatı Atletika komissiyasının sədri Entoni Marnell deyib. Onun sözlərinə görə, videoçəkilişə baxan zaman Makqreqorun Dağıstan komandasının üzvlərindən birinə zərbə endirdiyi aydın görünür: "Biz tezliklə bu məsələni araşdıraraq müvafiq qərar qəbul etməliyik".
Amma Entoni Marnell Makreqora hansı cəza verilə biləcəyini bildirməyib. O sadəcə olaraq xatırladıb ki, Makqreqor Nurməhəmmədovla oyuna görə, ona çatacaq 3 milyon dollar qonorarı alıb: "Həbib Nurməhəmmədova çatası qonorar isə oyundan sonra baş verən insidentə görə dondurulub. Bununla bağlı son qərar insidentin araşdırılmasından sonra qəbul ediləcək".
Əziz Mustafa
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































