Çoxları bilmir, amma bir tərəfim ermənidir. Fəxr edirəm ki, Ermənistanı, ölkəmizi dünyaya təqdim edirəm. Ermənilər çox güclüdür. Anlamaq çətin deyil ki, onlar məni hər yerdə izləyirlər və dəstəkləyirlər.
Bu sözləri UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dillon Danis deyib. Dillon Danis 1993-cü il avqustun 22-də Nyu-Çersidə anadan olub. 15 yaşında bu idman növünə başlayan Danis Marselo Qarsii akademiyasında təlimlər keçdikdən sonra 2014-cü ildən etibarən iştirak etdiyi bütün yarışlarda praktik olaraq qalib gəlib.
2015-ci ildə Dillon Danis qara kəmər sahibi olduqdan bir il sonra, 2016-cı ildən məşhur döyüşçü, UFC çempionu Konor Makqreqora məşqçi kimi dəvət edilib.
Xatırladaq ki, bazar günü qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gəlib.
Döyüşdən sonra Nurməhəmmədov oktaqondan atılaraq Dillon Danisi oyundan əvvəl onun ünvanına səsləndiriyi təhqirlərə görə döyüb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































