Azərbaycan cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olub.
Məlumata görə, 66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib. Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub. O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb. Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər.
On beş yaşlı idmançı ilk görüşündə yəmənli Əhəd əl-Sağırı, 1/4 finalda tacikistanlı Camşed Süleymonini, yarımfinalda isə dominikanlı Antonio Tornalı üstələyib. Finalda onun rəqibi rusiyalı Abrek Naquçev olacaq. Bu görüşün nəticəsindən asılı olmayaraq, Talıbov ən azı gümüş medalı özünə təmin edib.
Azərbaycanın qadın cüdoçusu Vüsalə Kərimova isə 7-ci yeri tutub. 44 kq çəkidə yer alan Kərimova ilk görüşündə bolqarıstanlı Aleksa Georgiyevaya 22 saniyəyə ipponla qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Viktoriya Pulyiçə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə butanlı Yanqçen Vanqmonu 28 saniyəyə ipponla üstələyib. Lakin növbəti qarşılaşmada yeniyetmə cüdoçunun qarşısını kosovolu Erza Muminoviç kəsib.
Qeyd edək ki, olimpiadada Azərbaycanı ümumilikdə 17 idmançı təmsil edir.( axar.az)
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




