Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyəti açıqlanıb.
Baş məşqçi Qurban Qurbanov 23 oyunçuya dəvət göndərib.
Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta ilə qarşılaşmada baş məşqçinin ixtiyarında olacaq.
Almaniya 3-cü Liqasının altı qolla bombardiri olan Rüfət Dadaşov (Renat Dadaşovun böyük qardaşı – S.M.) ilk dəfə Qurbanovun çalışdırdığı yığmaya çağırılıb. O əvvəllər yığmamızda 16 oyun keçirib və dörd qola imza atıb.
Qapıçılar: Kamran Ağayev ("Keşlə"), Səlahət Ağayev ("Neftçi"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ");
Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Rahil Məmmədov (hər üçü "Qarabağ"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi "Qəbələ"), Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Rahid Əmirquliyev ("Səbail"), Cavid İmamverdiyev ("Sabah"), Riçard Almeyda ("Astana", Qazaxıstan), Dmitri Nəzərov ("Ertsqebirqe", Almaniya);
Hücumçular: Mahir Mədətov ("Qarabağ"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Ruslan Qurbanov ("Səbail").(Oxu.Az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































