Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
"Neftçi" "Bakcell Arena"da debütant "Sabah"ı qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Orxan Məmmədovun idarə etdiyi görüşdə hesabı 9-cu dəqiqədə Emin Mahmudov açıb. 62-ci dəqiqədə Qoran Paratski yekun nəticəni müəyyənləşdirib. 76-cı dəqiqədə isə Slavko Braliç ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bu qələbə sayəsində xallarını 19-a çatdıran "Neftçi" I dövrəni vahid lider kimi başa vurub. 10 xalı olan "Sabah" "Səbail" və "Sumqayıt"la birgə 3 -5-ci yerləri bölüşdürür.
Turun əvvəlki oyunlarında "Zirə" "Qəbələ"ni 1:0, "Səbail" "Sumqayıt"ı 2:0 hesabı ilə yenib. "Keşlə" - "Qarabağ" matçı isə təxirə salınıb. (eport)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































