Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev "Qarabağ" klubunun hücumçusu Mahir Mədətova dəstək olub.
Axar.az xəbər verir ki, milli futbolçu öz Feysbuk səhifəsindən azarkeşlərə səslənib.
O, azarkeşlərdən Mahir Mədətovu yalnız buraxmamalarını istəyib:
"Salam dostlar! Azarkeşlərimizə səslənmək istəyirəm. Dünən "Qarabağ" – "Arsenal" matçını izlədim. Milli oyunçumuz Mahir Mədətov əvəzlənəndə bəziləri onu fitə basdılar. Nəyə görə? Niyə?
O bizim oyunçumuzdur, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridir. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. O sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun. Sonda qazanan Azərbaycan olacaq.
Hər kəsin çətin dövrləri olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularımıza hörmətlə yanaşaq. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstəyinizə ehtiyacımız olur. Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq!"
Qeyd edək ki, dünən Avropa Liqasının ikinci turu çərçivəsində "Arsenal"la "Qarabağ" arasında keçirilən oyunda Mahir Mədətov əvəzlənərkən azarkeşlərin bir qismi onun oyununa etiraz olaraq, fitə basıblar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































