Sentyabrın 26-da İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib.
Son çempion "Barselona" klubu səfərdə "Leqanes"ə məğlub olub (1:2). Kataloniyalılar Koutinyonun qolu sayəsində hesabı erkən açsalar da, qarşılaşmanın 52-ci və 53-cü dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunun taleyin həll ediblər.
La Liqanın digər favoriti "Real Madrid" klubu "Sevilya"nın qonağı olub. Matçın 17-ci dəqiqəsində Andre Silva hesabı açıb. Qoldan dörd dəqiqə sonra Andre Silva dublunu rəsmiləşdirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 39-cu dəqiqəsində "Sevilya" klubu üçüncü dəfə "Kral klubu"nu meydanın mərkəzinə dəvət edib, Ben Yeder fərqlənib. Birinci hissə 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Oyunun ikinci hissəsində irəli atılan "Real Madrid" futbolçularının bütün cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Espanyol" – "Eybar" - 1:0
"Real Sosyedad" – "Rayo Valyekano" - 2:2
"Atletiko Madrid" – "Ueska" - 3:0
"Atletik Bilbao" – "Vilyareal" - 0:3
"Valensiya" – "Selta Viqo" - 1:1.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































