İngiltərənin "Arsenal" klubunun futbolçusu və Ermənistan yığmasının kapitanı Henrix Mxitaryan diplomatik pasportdan məhrum edilib.
Qol.az-ın "Qraparak" qəzetinə istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçiyə qarşı bu addımın səbəbi açıqlanmır.
Diplomatik pasport yüksək vəzifəli şəxslər, deputatlar və Ermənistan baş nazirinin sərəncamı ilə pasport təqdim edilən vətəndaşlarda olur. Bu sənəd Ermənistan xalqının və dövlətinin "səfir"lərinə, dövlətin nüfuzunu xaricdə yüksəldən şəxslərə verilir. Mxitaryan da onların sırasında olub. Qəzet Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) məsələ ilə bağlı şərh öyrənə bilməyib.
Daha əvvəl Ermənistan XİN yüksək vəzifəli keçmiş məmurları diplomatik pasportlarını qaytarmağa çağırıb.
Qeyd edək ki, "Arsenal" Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında ilk oyun oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu görüşdə Henrix Mxitaryanın iştirak edib-etməyəcəyi bilinmir .
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür









.jpg)





























.jpg)
.jpg)










.jpg)



