İstanbul derbisi heç-heçə başa çatıb

İstanbul derbisi heç-heçə başa çatıb

Futbol üzrə Türkiyə Superliqasının altıncı turuna İstanbul derbisi ilə yekun vurulub.

"Fənərbağça" Ulker stadionunda "Beşiktaş"ı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən matç 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı 42-ci dəqiqədə qonaq komanda açıb. "Beşiktaş"ın portuqaliyalı futbolçusu Pepenin ötürməsini niderlandlı hücumçu Ryan Babel qola çevirib. İlk hissə qonaqların 1:0 üstünlüyü ilə başa çatıb.

İkinci hissə ev sahibi olan komandanın hücumları şəraitində keçib. Qarşılaşmanın 71-ci dəqiqəsində Hasan Ali Kaldırımın ötürməsindən sonra Andre Ayev baş zərbəsi ilə hesabı bərabərləşdirməyə nail olub. Matçda başqa qol olmayıb və beləliklə, görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyunun baş hakimi Fırat Aydınus komandaların futbolçularına 4 sarı və 1 qırmızı kart göstərib. Bu qarşılaşmadan sonra Filip Kokunun baş məşqçisi olduğu komanda çempionatda xallarının sayını 7-yə çatdıraraq 13-cü sırada qərarlaşıb. Şenol Günəşin yetirmələri isə 11 xalla dördüncü sıraya yüksəlib.

Qeyd edək ki, iki komanda Türkiyə çempionatında indiyədək 170 dəfə qarşılaşıb. Onlardan 60-da "Fənərbağça", 58-də "Beşiktaş" qalib gəlib. 52 oyun isə heç-heçə yekunlaşıb.

Bu tur keçirilmiş oyunlarda çempionluğa iddialı komandalardan "Başakşehir" klubu səfərdə "Bursaspor"la heç-heçə edərək, "Trabzonspor" öz meydanında "Göztəpə"yə, "Qalatasaray" isə səfərdə "Akhisarspor"a məğlub olaraq xal itiriblər. Hazırda "Başakşehir" 13 xalla superliqanın vahid lideridir. "Qalatasaray" və "Kasımpaşa" 12 xalla çempionatda ikinci və üçüncü yerləri bölüşürlər. Hər birinin hesabında 11 xal olan "Beşiktaş" və "Konyaspor" müvafiq olaraq dördüncü və beşinci pilləni tuturlar. (azərtac)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az