Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.
Qitənin ən nüfuzlu klub turnirində 8 qrupda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" 15-ci mövsümünü keçirəcək. "Sarı-qırmızılar"ın ilk turda rəqibi Rusiya çempionu "Lokomotiv" (Moskva) olacaq. İstanbuldakı "Türk Telekom" stadionunda təşkil olunacaq görüşü Canluka Rokkinin rəhbərliyi ilə italiyalı hakimlər briqadası idarə edəcək.
Çempionlar Liqasının finalçısı İngiltərənin "Liverpul" komandası Fransa PSJ-sini qəbul edəcək. Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su isə "Monako"nun qonağı olacaq.
Çempionlar Liqası, I tur
18 sentyabr
A qrupu
23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya)
23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)
B qrupu
20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə)
20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya)
C qrupu
23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya)
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
D qrupu
23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya)
23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq. (report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































