Millətlər Liqasında II turun növbəti matçları keçirilib.
İkinci oyun günündə 4 liqada 8 qarşılaşma baş tutub.
A Liqasında 3-ci qrupun görüşündə Portuqaliya İtaliyanı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Portuqaliya 3 xalla liderliyi ələ alıb. İtaliya və Polşanın isə hərəyə 1 xalı var.
B Liqasının 2-ci qrupunda Türkiyə millisi səfərdə İsveçlə qarşılaşıb. Matç Türkiyənin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb. 75-ci dəqiqədəyədək 0:2 hesabı ilə geridə olan "ay-ulduzlular" qalan bölümdə 3 qol vurmağı bacarıb. Qrupda Rusiya və Türkiyə yığmasının 3 xalı var. İsveçin isə xalı yoxdur.
C Liqasının 1-ci qrupunda "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin yenə ehtiyatda qaldığı oyunda Albaniya millisi səfərdə Şotlandiyaya uduzub - 0:2. 3-cü qrupda isə Monteneqro Litvanı 2:0 hesabı ilə yendiyi halda, Serbiya Rumıniya ilə bacarmayıb - 2:2.
Nəhayət, D Liqasının 1-ci qrupunda Qazaxıstan səfərdə Andorranı yenə bilməyib. Orta asiyalılar Latviya ilə birgə hərəyə 1 xalla 3-4-vü pillələri bölüşürlər. Qrupa 6 xalla Gürcüstan başçılıq edirsə, Andorranın 2 xalı var.
3-cü qrupda Azərbaycan millisi səfərdə Malta ilə 1:1 hesablı heç-heçə edib. Kosovo isə Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gələrək, liderliyi ələ alıb.
UEFA Millətlər Liqası, II tur
A Liqası
3-cü qrup
Portuqaliya - İtaliya - 1:0
Qol: Andre Silva, 48
Xal durumu: Portuqaliya - 3 xal (1 oyuna), İtaliya - 1 (2), Polşa- 1 (1)
B Liqası
2-ci qrup
İsveç - Türkiyə - 2:3
Qollar: İsaak Telin, 35. Viktor Klaesson, 49 - Hakan Çalhanoğlu, 51. Emre Akbaba, 88; 90+2
Xal durumu: Rusiya - 3 xal (1 oyuna), Türkiyə 3 (2) İsveç - 0 (1).
C Liqası
1-ci qrup
Şotlandiya - Albaniya - 2:0
Qollar: Berat Cimşiti, 47 (öz qapısına). Stiven Neysmit, 68
Xal durumu: Şotlandiya - 3 xal (1 oyuna), Albaniya - 3 (2), İsrail - 0 (1)
4-cü qrup
Serbiya - Rumıniya - 2:2
Qollar: Aleksandar Mitroviç, 26; 63 - Nikolae Stanku, 48 (p.). Tsukudyan George, 68
Monteneqro - Litva - 2:0
Qollar: Stefan Saviç, 34 (p). Marko Yankoviç, 35
Xal durumu: Monteneqro - 4 xal, Serbiya - 4, Rumıniya - 2, Litva - 0
D Liqası
1-ci qrup
Andorra - Qazaxıstan - 1:1
Qollar: Jordi Allaez, 85 - Yuri Loqvinenko, 68
Xal durumu: Gürcüstan - 6 xal, Andorra - 2, Latviya - 1, Qazaxıstan - 1.
3-cü qrup
Malta - Azərbaycan - 1:1
Qollar: Andrey Acus, 10 (p.) - Təmkin Xəlilzadə, 26
Kosovo - Farer adaları - 2:0
Qollar: Arber Zeneli, 50. Atdhe Nuhiu, 54
Xal durumu: Kosovo - 4 xal, Farer adaları - 3, Azərbaycan - 2, Malta - 1. Report
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































