UEFA Millətlər Liqası: Fransa ilk, Ukrayna ikinci qələbəsini qazanıb

UEFA Millətlər Liqası: Fransa ilk, Ukrayna ikinci qələbəsini qazanıb

UEFA Millətlər Liqasında II tura start verilib.

Turun ilk oyun günündə 8 görüş keçirilib. Azərbaycan milli komandasının yer aldığı D Liqasında 3 qarşılaşma oynanılıb. Gürcüstan evdə Latviyanı penalti qolu ilə məğlub edib. Bununla da qonşu ölkə yığması xallarını 6-ya çatdıraraq, 1-ci qrupda vahid liderliyini davam etdirib.

4-cü qrupda Makedoniya Ermənistanı, Lixtenşteyn Cəbəllütariqi 2 cavabsız qolla üstələyib. Bu nəticələrdən sonra Makedoniya xallarını 6-ya yüksəldərək, qrupun vahid liderinə çevrilib. Ermənistan və Lixtenşteynin hərəyə 3 xalı var. Cəbəllütariq isə xalsızdır.

C Liqasının 3-cü qrupunda Bolqarıstan evdə Norveçi bir qolla üstələyib. "Qarabağ"dan dəvət olunmuş Simeon Slavçev meydan sahiblərinin oyunöncəsi isinmə məşqində zamanı zədələndiyi üçün heyətdən çıxarılıb. Qrupun digər matçında Kipr Sloveniya üzərində əzmkar qələbə qazanıb - 2:1. Bu nəticələrdən sonra xallarını 6-ya yüksəldən Bolqarıstan qrupda vahid lider olub. Norveç və Kiprin hərəyə 3 xalı var. Xalsız Sloveniya sonuncudur.

B Liqasında Ukrayna evdə Slovakiyanı minimal hesabla məğlub edərək, xallarını 6-ya çatdırıb və 1-ci qrupda vahid lider olub. Hərəyə 1 oyun keçirən Çexiya və Slovakiya xalsızdır.

4-cü qrupda yer alan Danimarka Uelsi Kristian Eriksenin "dubl"u ilə yenib. Hazırda hər iki komandanın 3 xalı var. Lakin Danimarka 1 oyun keçirib. Xalı olmayan İrlandiya isə sonuncudur.

Nəhayət, A Liqasında Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Fransa yığması doğma meydanda Hollandiya ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Fransa xallarını 4-ə yüksəldib və qrup lideri olub. Lakin 1 xalı olan Almaniya və xalsız Hollandiya hələ 1 oyun keçirib.

9 sentyabr

A Liqası

1-ci qrup

22:45. Fransa - Hollandiya - 2:1

Qollar: Kilian Mbappe, 14. Olivye Jiru, 75 - Rayan Babel, 67

Xal durumu: Fransa - 4 xal (2 oyuna), Almaniya - 1 (1), Hollandiya - 0 (1)

B Liqası

1-ci qrup

17:00. Ukrayna - Slovakiya - 1:0

Qol: Andrey Yarmolenko, 80

Xal durumu: Ukrayna - 6 xal (2 oyuna), Çexiya - 0 (1), Slovakiya - 0 (1)

4-cü qrup

20:00 Danimarka - Uels - 2:0

Qol: Kristian Eriksen, 32; 63 (p.)

Xal durumu: Danimarka - 3 xal (1 oyuna), Uels - 3 (2), İrlandiya - 0 (1)

C Liqası

3-cü qrup

20:00 Bolqarıstan - Norveç - 1:0

Qol: Radoslav Vasilyev, 58

22:45. Kipr - Sloveniya - 2:1

Qollar: Pyeros Sotiryu, 69. Petar Stoyanoviç, 89 (öz qapısına) - Robert Beriç, 54

Xal durumu: Bolqarıstan - 6 xal, Norveç - 3, Kipr - 3, Sloveniya - 0.

D Liqası

1-ci qrup

20:00 Gürcüstan - Latviya - 1:0

Qol: Tornike Okriaşvili, 77 (p.)

Xal durumu: Gürcüstan - 6 xal (2 oyuna), Andorra - 1 (1), Latviya - 1 (2), Qazaxıstan - 0 (1)

4-cü qrup

20:00. Makedoniya - Ermənistan - 2:0

Qol: Eqziyan Alioski, 14 (p.). Qoran Pandev, 59

22.45. Lixtenşteyn - Cəbəllütariq - 2:0

Qollar: Dennis Salanoviç, 32. Sandro Vizer, 72

Xal durumu: Makedoniya - 6 xal, Ermənistan - 3, Lixtenşteyn - 3, Cəbəllütariq - 0.

Report

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az