"Düşünürəm ki, yenidən Çempionlar Liqasını qazanmağın vaxtı çatıb. Son 3 mövsümdə bu turnirdə yaxşı oynamadıq. Ən zəif çıxışımız isə ötən il oldu".
Bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi "Mundo Deportivo" nəşrinə açıqlamasında deyib. Argentinalı futbolçu bu mövsüm Avropanın ən güclüsü olmaq istədiklərini bildirib:
"Əla heyətimiz var. Bu mövsüm ÇL-də qalib olmalıyıq. Məncə, komandamızın hazırkı gücü də buna imkan verir".
Messi son illər dünya futbolunda transferlərə çox pul xərclənməsinə də münasibət bildirib: "Klublar Çempionlar Liqasında qələbə qazanmaq üçün böyük pullar xərcləyirlər. Bu isə tez-tez müasir oyunçuların düşüncəsinə təsir edir. İndi futbolçuları pul idarə edir. Onlar klubun şərəfi üçün mübarizə aparmırlar. Onlar üçün maliyyə komandanın hədəflərinə çatmasından daha vacibdir".
Qeyd edək ki, Messinin "Barselona" ilə 2021-ci ilə qədər müqaviləsi var. 31 yaşlı futbolçunun, vergi xərclərini çıxmaq şərtilə, illik 50 milyon avro qazandığı iddia olunur. Qol.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































